yasutaka ferid

Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.

Globalinfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yasutaka Nakasone Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbovla görüşündə bildirib.

Nazir müavini bu ilin iyun ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfərini xatırladaraq, həmin səfər zamanı razılaşdırılmış Yaponiya ilə Azərbaycan arasında investisiya sazişinin ən qısa zamanda imzalanması üçün əməkdaşlıq etmək istəyini ifadə edib.

Azərbaycanlı diplomat öz növbəsində Y.Nakasoneni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istəyini ifadə edib.

Görüşdə tərəflər həmçinin regional vəziyyət və beynəlxalq arenada əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş: