sergen yalcin 190320

Vinçentso Montella ilə yolların ayrılmasından sonra Türkiyə milli futbol komandasının baş məşqçisi vəzifəsinə gətirilən Sergen Yalçının alacağı maaşla bağlı məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “SonDakika” saytı məlumat yayıb.

Jurnalist İbrahim Setenin məlumatına istinad edən nəşrin yazdığına görə, Sergen Yalçının illik maaşı 2,5 milyon avro təşkil edəcək. Bildirilir ki, mütəxəssislə dördillik müqavilə imzalanacaq.

Məlumata əsasən, müqavilədə 1 milyon avro məbləğində təzminat şərti də nəzərdə tutulub.

Qeyd edək ki, müqavilənin maliyyə detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: