Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi Dünya Çempionatının pley-off mərhələsində 15 oyun keçirən tarixdəki ilk futbolçu olub.
Globalinfo.az xəbər verir ki, bu barədə FIFA özünün “X” hesabında məlumat yayıb.
Sayca 15-ci oyun İsveçrəyə qarşı keçirilən və Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatan Dünya Çempionatı matçı olub.
Bununla da Messi turnirin pley-off mərhələsində 14 oyun keçirmiş keçmiş alman hücumçu və 2014-cü il Dünya Çempionatının qalibi Miroslav Klozenin rekordunu geridə qoyub.
Lionel Messi continues to break records at @FIFAWorldCup 2026 👏🇦🇷 pic.twitter.com/NCtL4wLNZs
— FIFA (@FIFAcom) July 12, 2026