1645702155 zaxarova 1 900x487 1

“Ermənistan Atom Elektrik Stansiyasının (AES) gələcək istismarının bütün region üçün təhlükə yaratdığına dair yayılan məlumatların faktiki əsası yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bilirsiniz, deyəsən, bəzi KİV-lər köhnə, cırıltılı valı işə salıblar. İynə cızıqlara görə daim yerindən çıxır. Qrammofon, belə demək mümkünsə, artıq kir və tozla dolub, amma onlar yenə də qulaqbatırıcı, cırıltılı səsin eşidilməsində israr edirlər.

Söhbət Ermənistan Atom Elektrik Stansiyasının gələcək istismarının bütün region üçün təhlükə yaratdığını iddia edən yazılardan gedir. Belə materiallarla tanış olduqda onların heç bir faktiki əsasa malik olmadığı adi gözlə belə görünür.

Metsamor Atom Elektrik Stansiyasının əsas tərəfdaşının öz öhdəliklərinə hər zaman məsuliyyətlə yanaşan “Rosatom” dövlət korporasiyası olduğunu nəzərə alsaq, bəzi jurnalistlərin narazılıq yaratmağa yönələn açıqlamaları sadəcə təəccüb doğurur”, – deyə diplomat bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: