“Rusiya Prezidenti Vladimir Putin vəziyyətdən narazı olduqda bir qədər astadan danışır”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç Kseniya Sobçakla müsahibəsində deyib.
“Biz bir-birimiz haqqında bəzi şeylər öyrəndik. Mən də onun haqqında bir neçə məqamı bilirəm. Məsələn, o, nədənsə narazı olduqda səs tonu daha aşağı olur”, – deyə Serbiyanın keçmiş prezidenti qeyd edib.
Vuçiç həmçinin vurğulayıb ki, Putin xarici ölkə liderləri ilə danışıqlarda şəxsi münasibətlərə böyük əhəmiyyət verir. O
Onun sözlərinə görə, Rusiya lideri xüsusilə xokkey haqqında söhbət etməyi sevir və danışıqlar apardığı şəxslə emosional bağ qurmağa çalışır.
Əliyar Xəlil
Globalinfo.az