GettyImages 2292017563 1

“Bizim qələbəyə ehtiyacımız var”.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu fikirləri “Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III turu çərçivəsində “Borussiya Dortmund”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

“Rəqibin iki oyunda qol vura bilməməyi, əslində, yaxşı xəbər deyil. Çünki rəqib qələbəyə daha çox fokuslanacaq. Rəqib dünyanın ən yaxşı klublarındandır. Sabah bizi çətin oyun gözləyir. Çempionlar Liqasının hər oyunu bizə nələrisə öyrədir. “Borussiya Dortmund” dünyada ən çox sprint edən komandalardandır”, – deyə o bildirib.

Baş məçqçi Xəyal Əliyevin sabah meydana çıxma ehtimalından danışıb: “Bütün oyunçularımız hazırdır. Lakin bugünkü məşqdən sonra yekun siyahını tərtib edəcəyik”.

Dambrauskas azarkeşlərlə bağlı da fikirlərilərini də bölüşüb:

“Azarkeşlər hər zaman bizə müsbət enerji ötürüblər. Mənim üçün əsas oyun planını pozmamaqdır. Belə olanda nəticə qazana bilirik. Çalışacağıq ki, çox qol vuraq. Amma “Borussiya Dortmund”dan soruşmalıyıq ki, onlar bizə qol vurmağa nə qədər imkan verəcəklər”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Paylaş: