6ad4d00a082dd6ad4d00a082de17923317866ad4d00a082db6ad4d00a082dc

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Rəsul Rasim oğlu Zeynalzadəni vurub.

Xəsarət alan 32 yaşlı piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.(APA)

6ad4d00aab3c26ad4d00aab3c317923317866ad4d00aab3c06ad4d00aab3c1

Paylaş: