İsrailin hava limanları idarəsi Nyu-Yorkdan Təl-Əvivdəki Ben Qurion hava limanına gələn Amerikanın “Delta” aviaşirkətinə məxsus təyyarədə partlayıcı qurğunun olması barədə məlumat alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “i24News” telekanalının müxbiri Qay Azriel məlumat verib.
“Hazırda təyyarə yoxlanılır”, – deyə Azriel X sosial şəbəkəsində yazıb.
Məlumata görə, bütün sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.
Günay Rəsulqızı
Globalinfo.az