İsrailin Baş naziri Benyamin Netanyahu “NAZA” sənədli filminin yaradıcıları ilə bağlı araşdırma aparılmasını tələb edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Netanyahu filmin hazırlanmasında iştirak edən və ekran əsərində adı çəkilən şəxslərin kimliyinin dərhal müəyyənləşdirilməsinə çağırıb:
“Filmin hazırlanmasında iştirak edən şəxslər məxfi məlumatların yayılması ilə bağlı ağır cinayətlər törətmiş ola bilərlər. Bu, xüsusilə həssas kəşfiyyat bölməsinin informasiya təhlükəsizliyində boşluq yaradıb”.
Netanyahu filmi yalan, çaşdırıcı və qərəzli hesab etdiyini bildirib.
O, ekran əsərinin İsrail dövlətinin və İsrail Müdafiə Qüvvələrinin beynəlxalq nüfuzuna xələl gətirdiyini, ölkənin mövqeyini ciddi şəkildə zəiflətdiyini iddia edib.
Qeyd edək ki, “NAZA” sənədli filmi bu il Venesiya Film Festivalının əsas mükafatlarından biri olan Xüsusi Münsiflər Heyəti mükafatına layiq görülüb.
Safura Bənnayeva
Globalinfo.az