irevan 1bina

İstiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-ın qonağı olub.

O, jurnalistin “Sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar Ermənistana rahat şəkildə səfər edə biləcəklərmi?” sualını cavablandırarkən deyib ki, bu, mümkün olacaq və həmin məsələlər öz həllini tapacaq:

“Ancaq proses Ermənistanın atacağı addımlardan asılıdır. Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bu məsələlərin həlli də bir o qədər sürətlənər. Hamı başa düşür ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır. Halbuki bu prosesi ləngitməməli, konstitusiyasında dəyişikliklər etməli və Türkiyə ilə Azərbaycana qarşı ərazi iddialarını, o cümlədən işğalla bağlı müddəaları aradan qaldırmalıdır. Beləliklə, bu məsələlər birdəfəlik həllini tapmalıdır. Bu proses bir il, iki il, hətta beş il çəkə bilər. Ancaq hesab edirəm ki, gələcəkdə gediş-gəliş əvvəlki qaydada bərpa olunacaq”.

WhatsApp Image 2026 10 09 at 15.38.55

Vahid Əhmədov

V.Əhmədov bildirib ki, ABŞ-da razılaşdırılan və Zəngəzur dəhlizi ilə əlaqələndirilən TRIPP layihəsinin də istifadəyə verilməsi gözlənilir:

” Hazırda İran və Rusiya tərəfindən müəyyən maneələr olsa da, hesab edirəm ki, bu layihənin reallaşması üçün lazımi addımlar atılacaq. ABŞ fövqəldövlətdir və layihənin həyata keçirilməsinə razılıq verib, bununla bağlı maliyyə vəsaiti də ayrılır. Mənə elə gəlir ki, layihə 2027-ci ildə istifadəyə verilə bilər. Onun reallaşması bölgədəki vəziyyəti Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycan iqtisadi baxımdan da əhəmiyyətli dividendlər əldə edəcək. Çünki bu marşrut gələcəkdə İpək Yolu ilə də birləşdirilə bilər. Buna görə də hesab edirəm ki, sözügedən layihə çox böyük əhəmiyyət daşıyır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: