pakistan hucum

Pakistan hakimiyyəti Yəməndə husilərlə münaqişənin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanına yüzlərlə hərbçi göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Pakistan təhlükəsizlik xidmətinin anonim qalmaq şərtilə danışan əməkdaşının sözlərinə görə, ölkə onilliklərdir təlim və logistika məqsədilə Səudiyyə Ərəbistanında hərbi kontingent saxlayır. Lakin hazırda Məkkə Müdafiə Sazişi çərçivəsində krallığa əlavə yüzlərlə hərbçi göndərilib.

Mənbə neçə pakistanlı hərbçinin artıq Səudiyyə Ərəbistanına çatdığını və onların harada yerləşdirildiyini açıqlamayıb. O, həmçinin Pakistan aviasiyasının Ər-Riyaddakı hərbi bazalarda yerləşdirilməsi ilə bağlı məlumat verməyib.

Bununla yanaşı, mənbə Pakistanın ölkəyə daha çox hərbçi göndərməyə hazırlaşdığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: