husil%C9%99r 1 900x506 1

Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Nəcran hava limanına və Xamis-Muşayt şəhərindəki aviabazaya zərbələr endiriblər.

Globalinfo.az xəbər verir ki, bunu Yəməndəki “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya deyib.

“Silahlı qüvvələrimiz bu axşam Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına iki qanadlı raketlə, Nəcran hava limanına və Xamis-Muşaytdakı aviabazaya isə ballistik raketlə hücum edib”, – aqçıqlamada vurğulanıb.

Husilərin hərbi nümayəndəsi zərbələr nəticəsində obyektlərə ziyan dəydiyini və hər iki hava limanında uçuşların dayandırıldığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: