WhatsApp Image 2025 12 25 at 11.14.01

“Hazırda Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə dair perspektiv görünmür”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Buna nail olmaq üçün mümkün olan istənilən rolu üzərimizə götürməyə hazırıq. Daha əvvəl də buna cəhd etmişik, lakin hələlik mümkün olmayıb”, – deyə o, Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib.

Rubio münaqişənin gərginləşəcəyi təqdirdə onun Ukraynanın hüdudlarından kənara yayıla biləcəyini də istisna etməyib.

“Bütün dünya bunu genişlənə biləcək və ehtimal ki, daha genişmiqyaslı münaqişəyə çevrilə biləcək bir hadisə kimi qəbul edir”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: