baci

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conq Cənubi Koreyanın Pxenyana tibbi avadanlıq göndərmək təklifini “təxribat və təhqir” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) onun bəyanatını yayıb.

“Cənubi Koreya KİV-i səhiyyə sahəsində vəziyyətin pisləşməsi fonunda Seulun Şimali Koreyadakı xəstəxanalardan birinə 6,75 milyon dollar dəyərində tibbi avadanlıq göndərmək istədiyini yazıb. Avadanlıqların bir hissəsi sanksiyalara düşdüyü üçün Cənubi Koreya BMT-yə müraciət edib və may ayında doqquz aylıq icazə alıb. Avadanlıqların Çinin vasitəçiliyi ilə Şimali Koreyaya çatdırılması gözlənilir.

Kim Yo Conq isə bildirib ki, bu addım ölkəmizə qarşı təhqir, siyasi təxribat və suverenliyimizə ciddi müdaxilə aktıdır”, – agentlik yazıb.

Kim Çen İnin qızı Seulun bu addımını siyasi məqsəd daşıyan “tamaşa” adlandırıb.

Onun sözlərinə görə, Cənubi Koreya özünü yaxşı tərəf kimi göstərməyə çalışır və Şimali Koreyanın onsuz da bu yardımdan imtina edəcəyini bilə-bilə belə təklif irəli sürür.

Kim Yo Conq həmçinin diqqətə çatdırıb ki, tibbi avadanlıqların göndərilməsi ilə bağlı məlumatlar demilitarizasiya olunmuş zonada baş verən insidentdən qısa müddət sonra yayılıb.

Həmin hadisə zamanı üç Cənubi Koreya hərbçisi minaya düşərək yaralanıb və Seul buna görə Pxenyanı günahlandırıb.

Günay Rəsulqızı
Globalinfo.az  

Paylaş: