Türkiyədə sahibsiz pişik rusiyalı qadının 11 aylıq oğlunu dişləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı uşağın anasına istinadən məlumat yayıb.
Bildirilib ki, sahibsiz pişik tez-tez ailənin evinə gəlirmiş və onlar da pişiyi qovmurlarmış.
Əvvəlcə pişik uşağın atasını dişləyib, lakin bundan sonra heç bir problem yaranmayıb. Bir müddət sonra isə pişik körpəni dişləyib.
Hadisədən sonra uşağın iki gün ardıcıl olaraq hərarəti yüksəlib və valideynləri həkimə müraciət ediblər.
Aparılan analizlər nəticəsində körpədə infeksiya aşkarlanıb. Ona tetanus və quduzluğa qarşı peyvənd vurulub, həmçinin antibiotik müalicəsi təyin edilib.
Ancaq uşağın vəziyyəti daha da pisləşib. Onun bütün bədəni qırmızı ləkələrlə örtülüb və ishal başlayıb.
Körpə xəstəxanaya yerləşdirilib və ona sistem köçürülməyə başlanılıb.
Hazırda uşaq həkimlərin nəzarəti altındadır. Həkimlər quduzluğa qarşı peyvənd kursunun davam etdirilməsində israr edirlər.
Körpənin valideynləri peyvənddən sonra vəziyyətinin daha da pisləşəcəyindən və uşağı xilas etməyin mümkün olmayacağından qorxurlar.
Əliyar Xəlil
Globalinfo.az