yanginsondurC999n2

Bakıda restoranda yanğın olub.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən “Ukrainian Soloha” restoranında baş verib.

Yanğının baş verdiyi iaşə obyekti binanın birinci mərtəbəsində yerləşir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140kv.m. olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin salon hissəsi 60kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.

Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Paylaş: