“Azərbaycan əsgərinin Ermənistana keçib bir qadını yaralaması cinayətdir. İnsan başqa birinin evinə daxil olaraq atəş açırsa, bu, cinayət hesab olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Ruben Rubinyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin öz hərbçisinin itkin düşdüyünü müəyyən etdikdən dərhal sonra bu barədə Ermənistan tərəfinə məlumat verməsi müsbət haldır:
“Bu, təbii ki, yaxşı haldır. Sülh olmasaydı, belə bir məlumatlandırma baş verməzdi”.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayevin oktyabrın 1-də Ermənistanda saxlanılıb. Ona cinayət işi açılıb və iki aylıq həbs qətimkan tədbiri seçilib.
Safura Bənnayeva
Globalinfo.az