nato

NATO şərq cinahı üçün dron və süni intellektə əsaslanan yeni müdafiə strategiyası hazırlayıb.

Globalinfo.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, “Qələbə Nəzəriyyəsi” adlanan sənəd oktyabrın 12-də Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanı Aleksus Qrinkeviçə təqdim ediləcək.

Sənəd NATO-nun potensial təhdidlərə qarşı hazırlıq səviyyəsini nümayiş etdirmək məqsədi daşıyır. Strategiyada ənənəvi hərbi qüvvələrin müasir texnologiyalarla, o cümlədən aşağı qiymətli dronlar, pilotsuz sistemlər və hədəflərin müəyyənləşdirilməsi üçün süni intellektlə inteqrasiyası nəzərdə tutulur.

 NATO artan hərbi xərclər fonunda yeni təşəbbüsün əsas məqsədinin müdafiə xarakterli olduğunu vurğulayır.

Tahir Turan
Globalinfo.az

Paylaş: