baku city circuit during azerbaijan f1 grand

Xəbər verdiyimiz kimi, Bakıda sərnişindaşımada kanat yolundan istifadə ediləcək. Belə ki, Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili ilə bağlı fərmanda dəyişiklik edib.

Yeni növ sərnişindaşıma üsulu hansı üstünlükləri vəd edir? Bu nəqliyyat vasitəsi hansı əraziləri əhatə edə bilər?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Bakıda kanat yolunun əsas üstünlüyü tıxacdan asılı olmadan sərnişin daşımasıdır:

“Metro və avtobuslarla inteqrasiya olunarsa, sərnişinlər üçün daha  sürətli nəqliyyat imkanı yaranar. Marşrut seçilərkən əsas meyarlar əhalinin sıxlığı, sərnişin tələbatı, mövcud nəqliyyat əlaqələrinin zəifliyi, ərazinin relyefi və yüksəklik fərqləri olmalıdır”.

eldeniz 1

Eldəniz Cəfərov

Ekspert bildirib ki, metro, avtobus dayanacaqları ilə rahat inteqrasiya və rentabelliliyi nəzərə alınmalıdır:

“Bu baxımdan Bayıl-Dağüstü park, Badamdar, Yasamal və Binəqədi kimi istiqamətlər potensial variantlar ola bilər”.

Qeyd edək ki, yeni sənədə əsasən, “Bakı Metropoliteni” sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ, rəqəmsal həllərin tətbiqi, eləcə də, layihələndirilməsini, tikintisini, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

Ləman İmran
Globalinfo.az

Paylaş: