serhed

Estoniya “aktiv müdafiə” strategiyası çərçivəsində Rusiyanın sərhədinə yaxın ərazilərə qoşunlarını yerləşdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkə mümkün hücumun qarşısını almaq və sonradan əks tədbirlər görməyə məcbur qalmamaq üçün qoşunlarını davamlı olaraq şərqə doğru köçürür:

“Bu dəyişiklik Estoniya hərbi və kəşfiyyat qurumlarının qiymətləndirmələrini əks etdirir. Onların fikrincə, Rusiya hazırda NATO ilə genişmiqyaslı müharibəyə can atmır, lakin Baltikyanı ölkələrlə gələcək mümkün qarşıdurmaya hazırlaşır”.

Estoniyanın Birinci briqadasının komandiri, polkovnik Tarmo Kundla bildirib ki, ölkə sərhəddən başlamalı və ilk döyüşlərdən etibarən qalib gəlməlidir:

“Onun rəhbərlik etdiyi bölmə Tapadan Rusiya sərhədindən təxminən 50 kilometr məsafədə yerləşən Yıxviyə köçürülür. Burada yeni hərbi obyektlər inşa edilir. Narvadakı digər baza isə daimi olaraq 200 hərbçinin, böhran vəziyyətində isə 1000-ə qədər hərbçinin yerləşdirilməsi üçün nəzərdə tutulub”.

Rəsmilərin sözlərinə görə, 2014-cü ildən sonra formalaşan əvvəlki müdafiə yanaşması Rusiya-Ukrayna müharibəsindən çıxarılan dərslər fonunda artıq kifayət deyil.

Qeyd edək ki, daha əvvəl Baltikyanı ölkələrin ABŞ-ın dəstəyi olmadan Rusiya ilə mümkün müharibəyə hazırlaşdığı barədə məlumat yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: