“Telegram”ın yaradıcısı Pavel Durovun babası leytenant Semyon Tulyakov Böyük Vətən Müharibəsində Leninqrad yaxınlığında hazırda NATO üzvü olan ölkələrin könüllülərindən ibarət SS bölmələrinə qarşı vuruşub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məxfi sənədlərə istinadən məlumat yayıb.
“O, almanlara qarşı mübarizədə ön cəbhədə komanda-döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və bu işdə göstərdiyi şücaətə görə mükafat alıb.
Semyon Tulyakov Leninqrad uğrunda gedən döyüşdə üç dəfə yaralanıb. Əvvəlcə Qırmızı Ulduz ordeni ilə təltif edilib, daha yüksək mükafata – 2-ci dərəcəli Vətən Müharibəsi ordeninə layiq görülüb”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az