pensiya 232 900x506 1

2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.

Bəs, 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?

Oxu.Az xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7.2 faiz artıb:

“Əgər ilin sonuna qədər bu göstərici stabil qalsa, hətta arta da bilər, təbii ki, əmək bazarındakı vəziyyətə uyğun olaraq azala da bilər. Amma təqribən bu intervalda olacaq. Dəqiq göstəricini biz fevralın ilk 10 günlüyündə biləcəyik. Adətən bu statistika bir ay gecikmə ilə dərc edilir. Yəni dəqiq rəqəmi 2027-ci ilin fevralında biləcəyik. Amma təxmin edə bilərik ki, növbəti ildən pensiyaların təqribən 7 faiz ətrafında indeksasiya olunması mümkündür”.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş: