Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya ilə müdafiə sahəsində bir sıra mühüm razılaşmaların əldə olunacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bunu Kiyevdə Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı bildirib.
Ukrayna lideri qeyd edib ki, tərəflər həm Ukraynanın, həm də Avropanın müdafiə imkanlarının gücləndirilməsi ilə bağlı qərarlar hazırlayırlar:
“Görüş çərçivəsində Ukrayna ilə Almaniya arasında mühüm razılaşmalar əldə ediləcək”.
Zelenski Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarını davam etdirdiyini vurğulayıb və müdafiə tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edib:
“Ötən gecə Rusiya Ukraynaya 135 hücum dronu buraxıb. Onlardan 50-dən çoxunun reaktiv dron olduğu açıqlanıb. Kiyev, Dnepropetrovsk, Xarkov, Donetsk, Sumı vilayətləri və Zaporojye zərbələrə məruz qalıb”.
Safura Bənnayeva
Globalinfo.az