Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu ürək tutmasından vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Herak” məlumat yayıb.
Məlumata görə, Ermənistanın Sünik (Zəngəzur) vilayətindəki hərbi hissələrdən birində müqaviləli hərbçi ölüb.
Hərbçinin əvvəllər səhhəti ilə bağlı problemləri olub. İlkin məlumata əsasən, onun ölümünə ürək tutması səbəb olub.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, hadisə xidmətlə əlaqəsi olmayan səbəbdən baş verib.
Nazirlik bu cür hallarla bağlı məlumatları uzun müddətdir qüvvədə olan qaydaya əsasən ictimaiyyətə açıqlamır.
Həmçinin bildirilib ki, hadisənin Sisian şəhərində yerləşən hərbi hissə ilə heç bir əlaqəsi yoxdur.
Əliyar Xəlil