1690460729 1690200458 qubad ibadoglu 900x600 1

Məlum olduğu kimi, iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxışına olan qadağa aradan qaldırılıb və o, Azərbaycanı tərk edərək Almaniyaya yollanıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, onun Almaniyada müayinə, müalicə və lazım gələrsə, açıq ürək əməliyyatı olunacağı bildirilib.

Məlumata görə, Qubad İbadoğlu aortanın anevrizması xəstəliyindən, yüksək şəkərdən və səngiməyən onurğa ağrılarından əziyyət çəkir.

Paylaş: