ramiz mehdiyev 1 3

“T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2026-cı il iyulun 28-də verilən BKT-51 nömrəli lisenziya ləğv edilib. Azərbaycan Mərkəzi Bankı bununla bağlı qərar verib.

Globalinfo.az ölkə.az-a istinadən xəbər verir ki, bu təşkilat Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Belə ki, “T-Kredit” MMC “Bank BTB”nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb. “Bank BTB” ASC-nin lisenziyası isə cari ilin iyulun 27-də ləğv olunub.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı 76,7 faiz payla Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz) olub.

Paylaş: