Ukrayna Prezidenti Volodimir Zelenski Liman istiqamətinə səfər edib.
Globalinfo.az bildirir ki, burada Ukrayna hərbçiləri “Vivaldi” əməliyyatı çərçivəsində 100 kvadratkilometrdən çox əraziyə nəzarəti bərpa etdiklərini bildiriblər.
Zelenski ilə birlikdə müdafiə naziri Yevgeni Xmara və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatıy da Liman istiqamətində olub.
Zelenski 66-cı ayrıca mexanikləşdirilmiş briqadanın komanda məntəqəsində hərbçilərlə görüşdüyünü və onları dövlət təltifləri ilə mükafatlandırdığını bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, 66-cı briqada və Üçüncü Ordu Korpusunun tərkibindəki digər bölmələr ümumilikdə 125 kvadratkilometr ərazi üzərində nəzarəti bərpa edib. Onun sözlərinə görə, ərazilərin geri qaytarılması “Vivaldi” əməliyyatı çərçivəsində həyata keçirilir.
Zelenski həmçinin Liman istiqamətində korpus, briqada və batalyon komandirləri ilə koordinasiya toplantısı keçirib. Komandirər Ukraynanın şərq və cənubundakı cəbhə vəziyyəti barədə məruzə ediblər.
Görüş zamanı dron və antidron texnologiyalarının inkişafı, eləcə də müharibənin aparılmasının yeni üsulları barədə də məlumat verilib.
Ukrayna tərəfinin məlumatına görə, Liman istiqamətində “Vivaldi” hücum əməliyyatının üçüncü mərhələsi başa çatıb. Əməliyyat çərçivəsində Katerinovka, Novoye, Novomixaylovka, Ridkodub və Karpovka yaşayış məntəqələrinə nəzarət bərpa edilib.
Ukrayna Silahlı Qüvvələri həmçinin Novoselovka, Aleksandrovka, Yarovaya, Koroviy Yar və Srednı ətrafı, eləcə də Drobışevo, Derilovo və Şandriqolovo yaşayış məntəqələrində əməliyyatlar keçirib.
Əliyar Xəlil