Ukrayna sərhədindən 2300 kilometr uzaqda yerləşən Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə bağlı rejim tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə regionun rəhbəri Ruslan Kuxaruk Telegram kanalında məlumat verib.
Məmur sakinlərə küçəyə çıxmamağı, təhlükəsiz yerləri tərk etməməyi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini çəkib qeydə almamağı çağırıb.
“Təhlükəsizliyi təmin etmək məqsədilə hava məkanına nəzarət gücləndirilir. Mobil rabitə və mobil internetlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər”, – deyə Kuxaruk bildirib.
Bundan əvvəl Ukrayna sərhədindən 1800 kilometr uzaqda yerləşən Sverdlovsk vilayətində də PUA hücumu təhlükəsi rejimi elan edilmişdi.
Əliyar Xəlil
Globalinfo.az