merz

Almaniya Federal Kansleri Fridrix Merz xarici işlər nazirləri Sergey Lavrov və Yohann Vadeful arasında keçirilən görüşdən sonra Rusiyanı danışıqlara hazır olmamaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Rusiyanın bu görüşlə bağlı sonrakı mövqeyi onun hazırda ciddi danışıqlarda ümumiyyətlə maraqlı olmadığını göstərdi. Ona görə də Almaniya Ukraynaya bütün sahələrdə yardımını davam etdirəcək”, – kansler bildirib.

Merz Moskvanı qoşunlarını çıxarmağa, Avropanın danışıqlarda iştirakını qəbul etməyə və Kiyevin Avropaya inteqrasiyasına mane olmamağa çağırıb.

Kanslerin çıxışı Rusiya mediasında da narazılıqla qarşılanıb, hətta təəccüb doğurub.

Qeyd edək ki, Lavrov və Vadeful sentyabrın 26-da BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşüblər. Bu, son 4,5 il ərzində Rusiya və Almaniyanın xarici işlər nazirləri arasında ilk görüş olub. Danışıqlar Berlinin təşəbbüsü ilə baş tutub və 20 dəqiqə davam edib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: