xestexana 2

“Baş verən zəhərlənmə hadisəsi nəzarətdədir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb”.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.

    “AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər”, – məlumatda qeyd olunub.

    ***10:22

    TƏBİB-dən APA-nın cənub bürosuna verilən məlumata görə, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.

    ***09:18

    Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinlərinin qida zəhərlənməsinə məruz qaldığı bildirilir.

    Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.

    İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.

    Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: