Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib.
Globalinfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Sənədə əsasən, fiziki şəxslərə Rusiyadan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə, həmçinin Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd Rusiya valyutası aparmaq qadağan edilir.
Məhdudiyyət hüquqi şəxslərə və fərdi sahibkarlara da şamil olunur və onlar üçün məbləğdən asılı olmayaraq tətbiq edilir.
Fərmanda müəyyən istisnaların da nəzərdə tutulduğu bildirilir.
Safura Bənnayeva
Globalinfo.az