lavrov

“Almaniyanın xarici işlər naziri Yohann Vadeful rusiyalı həmkarı Sergey Lavrovla görüşə razılaşmaqla əhəmiyyətli güzəştlərə gedib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Neue Zürcher Zeitung (NZZ) yazıb.

Materialda qeyd olunur ki, rəsmi Berlin danışıqların keçirilməsi naminə öz xarici siyasət xəttindən müəyyən qədər geri çəkilib.

Buna qədər Almaniya tərəfi Rusiya ilə dialoqun yalnız Ukrayna münaqişəsi zonasında atəşkəs əldə edildikdən sonra mümkün olduğunu bildirirdi.

“Bu güzəştin qarşılığında Vadeful sonradan Lavrovun istehzalı münasibətini dinləməli oldu”, – məqalədə vurğulanır.

Bununla yanaşı, nəşrin müəllifləri Almaniya XİN rəhbərinin Rusiya ilə dialoqa can atmasını doğru qərar kimi qiymətləndiriblər.

Qeyd edək ki, Lavrov və Vadeful sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüşüblər. Bu, son 4,5 il ərzində Rusiya və Almaniyanın xarici işlər nazirləri arasında ilk görüş olub. Danışıqlar Berlinin təşəbbüsü ilə baş tutub və 20 dəqiqə davam edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: