teyyare 1

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında təyyarənin enişi zamanı insident yaşanıb. Hadisə nəticəsində iki pilot katapult edib, gəminin dörd ekipaj üzvü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, insident aviadaşıyıcının üçüncü aviasiya qanadına aid təyyarənin göyərtəyə enişi zamanı baş verib. Eniş prosesində təyyarənin iki pilotu katapult sistemini işə salaraq gəmidən ayrılıb.

Pilotlar qısa müddət ərzində axtarış-xilasetmə qrupu tərəfindən tapılaraq göyərtəyə qaytarılıb. Hazırda onlar tibbi müayinədən keçirilir.

Hadisə zamanı aviadaşıyıcının daha dörd ekipaj üzvü də xəsarət alıb. Onlardan biri tibbi yardım üçün xəstəxanaya çatdırılıb. Hərbçinin vəziyyətinin həyati təhlükə yaratmadığı açıqlanıb.

İlkin məlumata əsasən, insident təyyarənin göyərtəyə enişi zamanı onu dayandırmaq üçün nəzərdə tutulan xüsusi əyləc trosuna ilişmə mərhələsində baş verib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: