“ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması məsələsində dalana dirənib. O, müharibə başlamazdan əvvəl Tehranla mövcud olan münasibətlərə qayıtmaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Senatının Demokratlar Partiyasından olan üzvü Mark Kelli deyib.
“Prezident müharibəyə strateji məqsəd, plan, müddət və çıxış strategiyası olmadan qoşuldu”, – deyə o bildirib.
Kellinin sözlərinə görə, İranla danışıqları ABŞ prezidentinin kürəkəni Cared Kuşner deyil, peşəkar diplomatlar aparmalıdır.
Senator hesab edir ki, Vaşinqton Tehranı güc yolu ilə dayandıra bilməyəcək.
“İranla müharibə fəlakət idi, səhv idi və bütün bunlar Prezidentin səriştəsiz rəhbərliyi səbəbindən baş verdi”, – deyə Kelli vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata fevralın 28-də başlayıb. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazından gəmiçiliyin bərpası üçün əsas olması nəzərdə tutulan müvəqqəti razılaşma imzalayıblar. Lakin sonradan əldə olunan razılaşmalar pozulub.
Əliyar Xəlil
Globalinfo.az