
Erməni politoloq Suren Surenyants 44 günlük müharibənin başlamasının altıncı ildönümü ilə bağlı paylaşım edib.
Globalinfo.az-ın xəbərinə görə, Surenyants iddia edib ki, 2020-ci ildə baş verən müharibənin qarşısını almaq mümkün idi.
Onun sözlərinə görə, Nikol Paşinyan 2019-cu ildə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan planı qəbul etsəydi, sonrakı proseslər fərqli istiqamətdə inkişaf edə bilərdi.
Netanyahudan Putinə: İrana HHM və qırıcı satmayın, ABŞ-la münasibətlərdə yardım edim
Politoloq Paşinyanın həmin il Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini də xatırladaraq, bu bəyanatın danışıqlar prosesinə mənfi təsir etdiyini bildirib.
Surenyants Paşinyanı müharibənin qarşısını almaq üçün mövcud imkanlardan istifadə etməməkdə ittiham edib və onun siyasətini “milli fəlakətə” gətirib çıxaran addım kimi qiymətləndirib.
O bildirib ki, müharibənin nəticələrinin yaratdığı problemlər Ermənistan üçün hələ də aktual olaraq qalır.
Tahir Turan
Globalinfo.az