
UEFA Millətlər Liqasında keçirilən Litva – Azərbaycan matçı 1-1 başa çatıb.
***
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyununda ikinci qol vurulub.
Globalinfo.az Azərbaycan millisi hesabı bərabərləşdirib – 1:1.
14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyununda hesab açılıb.
Globalinfo.az xəbər verir ki, matçda ilk qolu meydan sahibləri vurub – 1:0
9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.
***
UEFA Millətlər Liqasının Litva – Azərbaycan oyunu start götürüb.
Globalinfo.az xəbər verir ki, qarşılaşma Darius və Girenas stadionunda keçirilir.
D Liqasının 2-ci qrupunun matçını Kiprdən olan FIFA referisi Menelaos Antoniou idarə edir.
Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib.