1017563 src


Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ABŞ-ın Rusiya–Ukrayna danışıqlarında əvəzolunmaz vasitəçi olaraq qaldığını bildirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu, Vaşinqtonun iqtisadi və hərbi təsiri ilə bağlıdır.

Budanov Moskvanın hələlik müharibəni başa çatdırmağa hazır olduğunu göstərən addımlar atmadığını deyib.

“Hazırda Rusiyanın hərəkətlərinə baxdıqda, onun müharibəni bitirməyə hazır olduğunu görmürük. Amma belə bir vaxt gələcək”, – Budanov bildirib.

O, Ukraynanın dərhal atəşkəsə tərəfdar olduğunu, Rusiyanın isə buna razılaşmamaq üçün müxtəlif səbəblər axtardığını iddia edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: