“Krımın statusu məsələsi Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda əsas məqam olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın “NBC” televiziyası məlumat yayıb.
Bildirilib ki, sözügedən region müstəsna strateji, ticarət və hərbi əhəmiyyətə malikdir.
“ABŞ və Ukrayna arasında resurslara dair saziş bu yaxınlarda imzalansa da, tərəflərlə Rusiya arasında ciddi fikir ayrılıqları var. Bu, sülh danışıqlarını yavaşladır”, – deyə əlavə edilib.
Əliyar Xəlil
Globalinfo.az