1790434477 0be6cb05e173786c50af5f6bf4a4fec9

Bakıda Formula1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq.

Globalinfo.az xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra – sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılıb.

Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-si saat 00:00-dan etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.

Paylaş: