ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin qış başlamazdan əvvəl başa çatdırılmasının və razılaşma əldə olunmasının mümkünlüyünü bəyan edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə “Patriot” müzakirələri aparmasından söz açıb.
“Onunla çox danışdım. Zelinski və Putin razıdır. Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə, bəlkə də sərt qış başlamazdan əvvəl onlar razılaşma əldə edəcəklər”, – Tramp bildirib.
ABŞ lideri razılaşmanın əldə olunması üçün tərəflərin hansı konkret şərtləri yerinə yetirməli olduğunu açıqlamayıb.
Əliyar Xəlil