WhatsApp Image 2026 09 25 at 13.00.15

Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı baş verən faciə ilə bağlı Silahlı Qüvvələrin 5 məsul şəxsi saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi açıqlama yayıb.

İstintaq çərçivəsində saxlanılan şəxslərin xidməti səhlənkarlıqda və ağır nəticələrə səbəb olan gəmiçilik qaydalarının pozulmasında şübhəli bilindiyi bildirilir.

Saxlanılanlar arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələri Baş Komandanının birinci müavini və Qərargah rəisi, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və qayığın komandirləri var.

Məlumata əsasən, şübhəli şəxslərin hamısı təcridxanaya yerləşdirilib.

Xatırladaq ki, hadisə sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlimlər zamanı baş verib. Hava şəraitinin qəfil pisləşməsi nəticəsində 19 hərbçi dənizə düşüb. Hadisə zamanı 12 hərbi qulluqçunun həyatını itirdiyi bildirilib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: