Şahzadə Diananın qardaşı, qraf Çarlz Spenser yeni memuarlarında bacısının III Çarlzla münasibətləri və boşanmaq qərarı barədə danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Daily Beast” məlumat yayıb.
Spenser kitabında Diana ilə bu mövzuda keçirdiyi söhbəti xatırlayıb:
“Diana boşanmaq niyyətində olduğunu bildirəndə qardaşı əvvəlcə onu belə bir qərarı tələsik verməməyə çağırıb. Lakin Diana qərarında israr edərək bunun üçün həyat yoldaşının başqa bir kişiyə qarşı hisslərinin olduğunu əsas gətirib.
Britaniya kral ailəsi ilə bağlı əvvəlki yazılarda III Çarlzın uzun müddət köməkçisi olmuş Maykl Fossettin adı bu kontekstdə hallandırılıb.
Bu iddiaların kökü 1996-cı ildə III Çarlzın keçmiş xidmətçisi Corc Smitin səsləndirdiyi açıqlamalara gedib çıxır. Smit 1989-cu ildə şahzadənin köməkçilərindən biri tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia etmişdi. O, həmçinin III Çarlzla yüksək vəzifəli bir xidmətçi arasında intim münasibətin şahidi olduğunu söyləmişdi”.
Safura Bənnayeva
Globalinfo.az