2024 05 24 10 36 19MfiO5MSsOwanVERcMLYw file 1

“Liverpul” futbol klubunun və Milli Hokkey Liqasında çıxış edən “Monreal” klubunun sabiq sahibi, amerikalı iş adamı Corc Cillett 87 yaşında vəfat edib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Monreal” klubunun mətbuat xidməti məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Cillett 2001–2009-cu illərdə “Monreal”a sahiblik edib. O, 2007-ci ildə Tom Hiks ilə birlikdə “Liverpul”u satın alıb və 2010-cu ildə klubdakı payını satıb.

Paylaş: