Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” qəzetinin müxbiri ilə söhbəti zamanı müharibə şəraitində ölkəyə təxminən beş il rəhbərlik etməsinin sağlamlığına mənfi təsir göstərdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Zelenski gündəlik iş qrafikinin son dərəcə gərgin olduğunu deyib.
O, yüzlərlə mürəkkəb və həssas məsələlərlə bağlı qərarlar qəbul etməyin, eləcə də müxtəlif razılaşmalar üzərində işləməyin ciddi yük yaratdığını qeyd edib.
Prezidentin sözlərinə görə, bu qədər intensiv iş rejimi onun bir sıra səhvlərə yol verməsinə səbəb olub.
Sülh danışıqlarının perspektivlərinə toxunan Zelenski gələcək diplomatik prosesin asan olmayacağını və ciddi səylər tələb edəcəyini bildirib.
Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampla “qış paketi” məsələsini müzakirə etdiyini və enerji infrastrukturuna qarşı hücumların dayandırılmasını nəzərdə tutan “enerji atəşkəsi” təşəbbüsünü dəstəklədiyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az