Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən Türk Evində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Ermənistan arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.
Ərdoğan, həmçinin Ermənistanla beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini bildirib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
***21:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Görüş Nyu-Yorkda yerləşən Türk Evində keçirilib.