ABŞ dövlət katibi Marko Rubio İranla Vaşinqton arasında əldə olunan razılaşmaların pozulmasında İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırıb.
Globalinfo.az xəbər verir ki, Rubionun sözlərinə görə, tərəflər arasında diplomatik təmaslar davam etsə də, əsas maneə SEPAH-ın mövqeyidir.
“Bunun yaxşı nümunəsi İslamabad memorandumudur. Memorandum SEPAH-ın gəmilərə hücum etmək qərarına görə pozuldu”, – deyə ABŞ dövlət katibi bildirib.
Bununla belə, Rubio Vaşinqtonun Tehranla dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb. O, hazırda konkret görüşün planlaşdırılmadığını. Lakin müsbət nəticə verəcəyi təqdirdə belə bir görüşə açıq olduqlarını qeyd edib.
ABŞ dövlət katibinin sözlərinə görə, danışıqların əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
“İran heç vaxt nüvə silahına sahib ola bilməz. Sadəcə olaraq, buna yol verilməyəcək”, – Rubio deyib.
Əliyar Xəlil