ABŞ-ın Almaniyadakı “Şpangdalem” aviabazasının yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, hadisə günün ikinci yarısında Eyfel bölgəsində baş verib.
Qəzaya uğrayan təyyarə “F-16” qırıcısı olub. Hadisə yerində genişmiqyaslı xilasetmə əməliyyatı başladılıb.
Lakin təyyarənin “F-16” olduğu təsdiqlənməmiş. Eləcə də hadisə nəticəsində xəsarət alanların olub-olmaması hələlik rəsmi açıqlanmayıb.
“Şpangdalem” aviabazası Almaniyanın Reynland-Pfalts əyalətində yerləşir və ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı əsas bazalarından biridir.
Əliyar Xəlil