ABŞ tərəfindən İran İslam Respublikasının aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycan Respublikasına uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılıb.
Bu barədə Globalinfo.az-a Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur.
***19:11
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır.
Bu barədə Globalinfo.az-a Azərbaycan Hava Yollarından məlumat verilib.
“ABŞ-ın İran İslam Respublikasına qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin 2026-cı il 22 sentyabr sentyabr tarixindən etibarən dayandırılması barədə qərar qəbul edilib”, – məlumatda bildirilib