Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Globalinfo.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,5% azalaraq 116,83 ABŞ dolları olub.
Bundan əvvəl Azərbaycan nefti 122,37 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.