1015529 res 0 932b819b6b8999ce


İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a planlaşdırdığı səfəri qısaldıb.

Globalinfo.az xəbər verir ki, Netanyahu Texasda milyarder İlon Maskla keçirilməsi nəzərdə tutulan görüşü də ləğv edib.

İsrail nümayəndə heyəti görüşə hazırlıq məqsədilə artıq Texasda olsa da, bu gün onlara səfərin ləğv edildiyi bildirilib.

Əvvəlki plana əsasən, Netanyahu çərşənbə günü ABŞ-a getməli, cümə axşamı BMT Baş Assambleyasında çıxış etdikdən sonra İsrailə qayıtmalı idi. Yeni plana görə isə o, cümə axşamı səhər Nyu-Yorka gedəcək və həmin gün axşam İsrailə qayıdacaq.

Netanyahunun ABŞ səfəri çərçivəsində  Prezident Donald Trampla görüşü də baş tutmayacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: